Ekolojİ Kompleks Yanaşma

Ekoloji sənədlərin hazırlanması – fəaliyyəti zamanı tullantılar yaranan, atılmalar olan hər bir müəssisənin qarşısında duran tapşırıqdır. Müəssisə ekoloji sənədlərdə göstərilənlərə əsasən hesablanmış miqdarda müəyyənləşdirilmiş ekoloji ödənişləri etməklə ekoloji zərəri kompensasiya etməyə məcburdur. Əgər müəssisənin müvafiq sənədləri yoxdursa, onda ekoloji ödənişlərin miqdarı kəskin şəkildə artır.

Ekoloji sənədlərin hazırlanması və onun ekspertizası - ətraf mühitə təsir sahəsində müəssisənin fəaliyyətinin təhlil və qiymətləndirilməsini, müəssisənin fəaliyyətinin ətraf mühitə mənfi təsirinin minimallaşdırılmasına yönələn təsir amillərinin miqdari göstəricilərinin əsaslandırılmasını və kompleks tədbirlər planının hazırlanmasını daxil edən təbiətin mühafizəsi üzrə kompleks sənədlər toplusunun hazırlanması deməkdir.

Zуgon Caspian Consulting təşkilatının məsləhətçiləri və ekspertləri müəssisəni təbiətin mühafizəsinə dair qanunvericilikdə olan bütün dəyişikliklər və yeniliklər barədə vaxtında məlumatlandırmaqla müəssisənin fəaliyyətinə kompleks ekoloji yanaşmanı təmin edəcəklər, eləcə də ekoloji sənədlərin hazırlanmasına və müəssisənin gələcəkdə fəaliyyət göstərməsi üçün yoxlamalar əsasında tələb olunan rəyləri və icazələri verən Ekologiya Nazirliyinin dövlət nəzarət orqanları tərəfindən təsdiq edilməsinə kömək edəcəklər.

Müəssisənin fəaliyyətinə ekoloji yanaşma xidmətlərinin göstərilməsinə təbiətin mühafizəsinə dair qurumlar tərəfindən yoxlamalar planlaşdırıldıqda mütləq şəkildə bizim şirkətin mütəxəssislərinin iştirakı daxildir.

Müəssisənin fəaliyyətinə ekoloji kompleks yanaşmaya daxildir:

  • Müəssisənin ekoloji pasportunun hazırlanması.
  • Müəssisənin fəaliyyəti üçün dövlət ekspertizasının rəyinin alınması.
  • Atmosferə atılan zərərli maddələrə xüsusi icazənin alınması.
  • Atmosfer havasına atılan maddələrin mənbəyi üzrə ekoloji sənədlərin hazırlanması AYVH (Atılmaların yol verilən həddi).
  • Suya atılan tullantıların mənbəyi üzrə ekoloji sənədlərin hazırlanması YVAH (Yol Verilən Axıntı Həddi).
  • Tikinti və istehsalat obyektləri üçün ekoloji sənədlərin hazırlanması ƏMTQ (Ətraf mühitə təsirin qiymətləndirilməsi).
  • Təhlükəli tullantıların pasportlarının hazırlanması.
  • Ətraf mühitin mühafizəsi üzrə tədbirlərin siyahısının hazırlanması.
  • Ekologiya üzrə illik hesabatların hazırlanması (2TG- hava, 2TG- tullantı, 2TG su təsərrüfatı, 4 TG -ətraf mühit).
  • Ekoloji sahənin müvafiq qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi.
  • Poliqonlarla və ya tullantıları daşıyanlarla müqavilələr daxil olmaqla tullantıların daşınması üçün müqavilənin bağlanmasına yardım göstərilməsi.
  • Dövlət orqanları tərəfindən müəssisədə yoxlamalar keçirilərkən müşayiət edilmə.
  • Ətraf mühitin qorunması sahəsində konsultasiya və informasiya xidmətləri.